Qusarda orduya dəstək tədbiri keçirilib
Əvvəlcə Vətən uğrunda canları fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantını açıq elan edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qarabağ veteranlar cəmiyyətinin Qusar şöbəsinin sədri Canəli Hörmətov, şəhid atası Dövlətxan Həsrətov, Qarabağ müharibəsinin veteranı Zöhrab Balaverdiyev, rayon ağsaqqalı Zöhrab Mirzəmətov və başqaları birmənalı olaraq bildirdilər ki, Azərbaycan haq yolundadır, Azərbaycan qüdrətli orduya, qətiyyətli və uzaqgörən Prezidentə və vətən yolunda canlarından keçməyə hazır olan orduya malikdir.
Qusarlılar hər bir zaman olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev cənablarına dəstək olaraq bütün azərbaycan xalqı ilə bir yerdə, erməni cəlladlarına qarşı döyüşə hazırdır.
Sonra toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət qəbul olunub.
Comments: